Azərbaycanın bu ərazilərini qar bürüdü: Həftə sonunadək...   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazilərini qar bürüdü: Həftə sonunadək... - XƏBƏRDARLIQ

Sosial

07 Dekabr 2022 13:44 1310


Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub. pizza

Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu: iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!