Azərbaycanın da təmsil olunduğu konsorsium yaradılır
07 Dek 2019 16:17
122

Azərbaycanın da təmsil olunduğu konsorsium yaradılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verib ki, Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıqla bağlı nazirlər səviyyəsində dördtərəfli görüş keçirilib. Yenisabah.az xəbər verir ki, tərəflər İKT sahəsində dördtərəfli konsorsium yaradılması məsələsində razılıq əldə edib.

Türkiyə, Rusiya və İranda potensial və reallaşdırılan milli İKT layihələrini araşdırmaq və bu ölkələrin startap ekosistemləri, peyk və poçt xidmətləri, kibertəhlükəsizlik, beynəlxalq fiber-optik şəbəkələrdən istifadə etmək, texnoparkların layihələndirilməsi və idarə edilməsi məsələlərini nə dərəcədə inkişaf etdirdiyini öyrənmək tövsiyə olunur. Bu cür araşdırma kiber təlimlərin təşkili, poçt xidmətləri sahəsində nəqliyyat və tranzit imkanından istifadə, milli kibertəhlükəsizlik strukturlarının fəaliyyətinin əlaqələndirilməsi, eləcə də ortaq kommersiya peyk xidmətlərinin təşkili baxımından tərəflərin əməkdaşlığının nə dərəcədə səmərəli ola biləcəyini öyrənməyə imkan verəcək.

Oxşar xəbərlər