Azərbaycanın ən hündür hərbi postundan - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ən hündür hərbi postundan - Fotolar

Rəsmi

31 Yanvar 2019 13:27 1780


“Azərbaycan” qəzetinin əməkdaşları ölkənin ən hündür hərbi hissəsinin əsgərlərindən reportaj hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu hərbi hissə ən hündürlükdə yerləşən cəbhə xəttindədir. Zabit Loğman Xanlarov deyir ki, qışda demək olar ki, hər gün axşam qar yağır. Coğrafi baxımdan çətin relyefə malik olan bu ərazilərdə xidmət edən hərbçilər vaxtaşırı düşmən təxribatlarının qarşısını alırlar. Əraziyə tam nəzarət üstünlüyü Azərbaycan Ordusuna məxsusdur.

Qış fəslində bu yerlərdə hava şəraiti çox sərt olduğundan 3 ay öncədən mövsümə hazırlıq işləri tamamlanıb. Bölmələr fəsil boyu yetəcək qədər xüsusi geyim, ərzaq və yanacaq materialları ilə təmin edilib. Bir sözlə, Azərbaycan əsgəri ən əlverişsiz hava şəraitində belə, döyüş əmrini yerinə yetirmək üçün istənilən təminat-təchizata malikdir. Pepperoni pizza

Qəzetin hazırladığı fotosessiyanı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!