2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 9 milyon 279,98 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövründə bu məhsullar üzrə ixracın dəyəri 6 milyon 859,62 min dollar təşkil edib.
Bir il ərzində kakao və ondan hazırlanan məhsulların ixracı 2 milyon 420,36 min dollar və ya 35,3% artıb. Dördpendirli pizza
2026-cı ilin ilk 7 ayında sözügedən məhsulların ölkənin ümumi ixracındakı payı 0,05% təşkil edib.
Telegram kanalımız