Azərbaycanın meyvə-tərəvəz ixracı 16 faizdən çox artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın meyvə-tərəvəz ixracı 16 faizdən çox artıb

İqtisadiyyat

17 Avqust 2026 17:05 23


Azərbaycan bu ilin ilk yeddi ayında 500 min tondan çox meyvə və tərəvəz ixrac edib.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyul aylarında ölkədən ümumilikdə 503,1 min tondan çox meyvə-tərəvəz məhsulu xarici bazarlara göndərilib. İxracın ümumi dəyəri isə 589,2 milyon dollar təşkil edib.

İxrac göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm üzrə artım qeydə alınıb. Belə ki, məhsulların ixrac dəyəri 16,3 faiz, fiziki həcmi isə 2,5 faiz yüksəlib. pizza mizza

Hesabat dövründə meyvə və tərəvəz məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 3,05 faiz, qeyri-neft ixracındakı xüsusi çəkisi isə 9,93 faiz olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!