Azərbaycanın qeyri-resurs ixracı Gürcüstandan 1,6 milyard dollar azdır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın qeyri-resurs ixracı Gürcüstandan 1,6 milyard dollar azdır

İqtisadiyyat

24 Avqust 2026 11:20 27


2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-resurs məhsulları üzrə ixracı təxminən 2,2 milyard dollar təşkil edib. Bu göstərici eyni dövrdə Gürcüstanın ümumi ixracından 1,6 milyard dollar azdır.

"Yeni Sabah" xəbər verir ki, bunu "Facebook" hesabında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Gürcüstan yanvar-iyul aylarında 3 milyard 870 milyon dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur: Marqarita pizza

“Azərbaycanda isə 2026-cı ilin ilk 7 ayında ümumi ixrac 19 milyard 335 milyon dollar olub. Bunun 13 milyard 402 milyon dolları neft, qaz və neft məhsullarının payına düşüb. Rəsmi təsnifata əsasən, qeyri-neft ixracı 5 milyard 933 milyon dollar təşkil edib”.

Ekspert qeyd edib ki, lakin bu məbləğin əhəmiyyətli hissəsini qızıl ixracı formalaşdırıb:

“İşlənməmiş və ya yarımişlənmiş qızıl, həmçinin toz halında qızıl” üzrə ixrac 3 milyard 707 milyon dollar olub. Bu isə qeyri-neft ixracının 62%-dən çoxuna bərabərdir. Qızıl ixracı qeyri-neft göstəricisindən çıxıldıqda Azərbaycanın qeyri-resurs məhsullarının ixracı təxminən 2 milyard 226 milyon dollar təşkil edir.

Beləliklə, əhalisi Azərbaycandan iki dəfədən çox az olan Gürcüstanın 7 aylıq ümumi ixracı Azərbaycanın qızıl istisna olmaqla qeyri-resurs ixracını təxminən 1,6 milyard dollar üstələyib. Qeyri-resurs istiqamətində təsnifləşdirilməsi iqtisadiyyatın real mənzərəsini daha düzgün əks etdirə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!