Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi

Siyasət

17 Fevral 2026 23:39 568


Fevralın 17-də Bakı şəhərində Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib. Dominos pizza

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki öllə arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycanla Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!