Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür - SƏBƏB

Rəsmi

05 Sentyabr 2021 22:49 3725


Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb.

Yenisabah.az xəbər verir ki, Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər “Geqamasar” adına dəyişdirib – red.) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisini unutduğunu bildirib.

Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər:

“Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardenis) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər”.

O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!