Azərbaycanlı aktyor insult keçirdi - Həkimlər 72 saat vaxt qoyub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aktyor insult keçirdi - Həkimlər 72 saat vaxt qoyub

Şou

20 Avqust 2019 07:41 1324


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.

"Yeni Sabah" "!Qafqazinfo"ya istinadən xəbər verir ki, o, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.  Dominos pizza

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!