Azərbaycanlı boksçu Avropa Çempionatının yarımfinalında erməni ilə qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı boksçu Avropa Çempionatının yarımfinalında erməni ilə qarşılaşacaq

İdman

19 Mart 2022 20:40 756


Azərbaycan yığmasının daha bir idmançısı Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məlumata görə, bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb.

Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.

O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.

Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında isə 3 təmsilçimiz rinqə çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!