Azərbaycanlı fanat DÇ-yə necə bilet alsın? - “Kassanın qarşısına yığışmaq...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı fanat DÇ-yə necə bilet alsın? - “Kassanın qarşısına yığışmaq...”

İdman

08 May 2026 14:42 192


2026-cı il futbol üzrə Dünya Çempionatı yaxınlaşdıqca, idman dünyasında həyəcanın miqyası görünməmiş həddə çatıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi bu turnir həm iştirakçı komandaların sayının 48-ə çatdırılması, həm də coğrafi əhatə dairəsinin genişliyi ilə tarixin ən böyük futbol bayramı olmağa namizəddir.

Azarkeşlərin turnirə olan marağı artıq pik nöqtədədir və bu tələb bilet bazarına birbaşa təsir göstərir.

FIFA-nın tətbiq etdiyi dəyişən qiymət strategiyası və “dinamik satış” modeli biletlərin dəyərini turnir vaxtı yaxınlaşdıqca rekord hədlərə qaldırıb. Toyuqlu pizza

Azərbaycanlı futbol fanatları 3 ölkədə keçiriləcək Dünya çemponatını (DÇ) əyani olaraq necə izləyə bilər?

“ABŞ, Kanada və ya Meksikaya getmək istəyən azərbaycanlı azarkeşlər, ilk növbədə, matçın biletini bron etməlidirlər. Bunu öncədən həyata keçirmələrində fayda var. Çünki qiymətlər vaxt azadlıqca dəhşətli dərəcədə bahalaşır”.

Bunu “Yeni Sabah”a forvard.az saytının rəhbəri Ağa Dadaşzadə bildirib.

O əlavə edib: “Elə şirkətlər var ki, artıq müvafiq qurumlardan kvota alıblar. Hətta UEFA-nın özündən kvota alanlar da var. Lakin bu məsələdə hər agentliyə inanmaq olmaz. Daha çox etibarlı, tövsiyə olunan agentiklərə müraciət edərək, viza almalı, sonra isə FIFA-nın xətti ilə tövsiyə olunan şirkətlərdən bilet əldə edilməlidir.

Onlayn bilet satışı inkişaf edəndən sonra kassanın önünə yığışmaq artıq uyğun görünmür. Sıradan bir oyunlara belə turist üçün bilet almaq o qədər də asan deyil. ABŞ və ya Meksikada keçirilən Dünya çempionatı oyunlarına bilet almaq yetərincə çətin prosesdir”.

A.Dadşzadə qeyd edib ki, turnirdə tamaşaçı kimi iştirak etmək istəyən azarkeşlər müxtəlif üsullara müraciət edə bilər:

“İlk növbədə, FIFA-nın saytına rəsmi qaydada mail ilə müraciət etsinlər. Cavab gəldikdən sonra artıq digər proseslərə başlamaq mükündür. Bu müxtəlif qaydada ola bilər. Məsələn, dəvət əsaslı, bilet üçün müraciət və s. Daha sonra normal qaydada səfirliyə müraciət olunur və gediş-gəliş imkanı yaranır.

Son olaraq qeyd edim ki, artıq may ayıdır və qiymət artımı fantastik həddədir”.

Xatırlatma: ümumi satışda olan qrup oyunları üçün biletlər 380 dollardan 4100 dollara qədər dəyişir. Bəzi kateqoriyalarda qiymətlər 2000 dollardan təxminən 3000 dollara qədərdir. FIFA rəsmi olaraq milli federasiyalar vasitəsilə müəyyən azarkeşlər üçün 60 dollarlıq “azarkeş” səviyyəsini elan etsə də, bunlar olduqca məhduddur.

Hazırda 155 dollara satılan biletlərin qiyməti üçüncü tərəf saytlarında 1000 dollardan çox ola bilər. Qurumun 8680 dollara satdığı final üçün ən bahalı biletlər üçüncü tərəf platformalarında 57.000 dollara çata bilər.

Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!