Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olundu

İdman

11 İyul 2026 00:39 85


Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubu ilə peşəkar müqavilə imzalayıb.

"Yeni Sabah" Report-a istinadən xəbər verir ki, gənc futbolçu Albaniya klubunda mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək.

Qeyd edək ki, Kamil Sadıqov futbolçu kimi Azərbaycanın aparıcı futbol akademiyalarından biri olan "Qarabağ"ın aşağı yaş qruplarında yetişib. O, "Qarabağ"ın U-19 komandasının kapitanı olub, daha sonra klubun əvəzedici heyətinə də cəlb edilib. Dördpendirli pizza

"KS Besa Kavaya" isə Albaniya futbolunun tarixi komandalarından biridir. Əsası 1925-ci ildə qoyulan klub müxtəlif dövrlərdə ölkə kubokunda uğurlar qazanıb və Avropa klub turnirlərində iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!