26 May - 00:50
Azərbaycanlı futbolçu Yunanıstan klubuna transfer oldu

Azərbaycanlı futbolçu Yunanıstan klubuna transfer oldu

İdman

21 Yan 2022 19:47


"Səbail"in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos Volos” klubuna keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Youtube kanalımız


Digər xəbərlər