Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

İdman

29 May 2020 01:56 1964


Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın “Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Futbol+” qəzeti məlumat yayıb.

Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib. pizza hut

Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb.

Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin “KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!