Azərbaycan jurnalistlərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə girişinə imkan verilməməsi həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüquqa zidd davranışdır. Çünki 1948-ci il İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək hüququna malikdir. Eyni zamanda Azərbaycan Konstitusiyanın 28-ci maddəsinə görə isə nəinki vətəndaşlarımız, ümumiyyətlə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər.
"Azərbaycan jurnalistlərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə girişinə imkan verilməməsi həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüquqa zidd davranışdır".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili azərbaycanlı jurnaıistlərin sülhməramlıların müvəqqəti nəzarəti altında ərazilərə buraxılmaması faktına toxunub.
Deputat qeyd edib ki, 1948-ci il İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək hüququna malikdir:
"Eyni zamanda Azərbaycan Konstitusiyanın 28-ci maddəsinə görə isə nəinki vətəndaşlarımız, ümumiyyətlə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər.
Bu mənada sülhməramlıların jurnalistlərin qanuni fəaliyyətlərinə maneə yaratması başadüşülən deyil, bu davranış heç bir formada əsaslandırıla bilməz. Üçtərəfli bəyanatla sülhməramlıların bölgəyə yerləşdirilmə səbəbi bəllidir və yaxşı olar ki, sülhməramlıların komandanlığı da öz missiyalarının mahiyyətini başa düşsünlər".
Onun sözlərinə görə, təəssüf ki, bu gün üçtərəfli bəyanatın müddəalarına zidd olaraq sülhməramlılar daha çox separatçıların müdafiəçisi kimi çıxış edirlər:
"Xüsusən də son vaxtlar proteksiya o həddə çatıb ki, sülhməramlılar separatçıların qanunsuz fəaliyyətlərinə göz yummaqla yanaşı, təxribatların iştirakçısı kimi çıxış etməyə başlayıblar. Elə jurnalistlərin öz ölkəsində sərbəst hərəkətinə maneə törətmək özü bir təxribatdır. Sülhməramlı komandanlığı kimi kimdən qoruyur?! Azərbaycanlı jurnalist Azərbaycanın erməni vətəndaşı üçün necə təhdid ola bilər?! Əksinə, bu kimi səfərlər gələcək birgəyaşayış üçün yaxşı zəmin rolu oynaya bilər. Yaxud əksinə, əgər Azərbaycanlı jurnalistlərin təhlükəsizliyinə bir təhdid varsa, bu da sülhməramlıların təqsiridir ki, bu günə qədər həmin ərazilərdə erməni quldur dəstələri, Ermənistan ordusunun hissələri qalmaqdadır. Axı 10 noyabr bəyannaməsində açıq şəkildə yazılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir, bəs indi erməni əsgəri Azərbaycan ərazisində nə gəzir?!".
B. Məhərrəmovun fikrincə, sülhməramlı kontingent yaxşı olar ki, jurnalistlərə maneə olduğu qədər bu qanunsuz dəstələrin tərkisilah edilməsi, yaxud Azərbaycandan çıxarılması məsələsində də həvəsli görünsün:
"Çünki mövcud situasiya və bu cür davranışlar kontingentin özünün fəaliyyəti ilə bağlı suallar doğurur, habelə Azərbaycan Rusiya münasibətlərinin ruhuna uyğun deyil".
Rafi MÜSLÜMOV
Telegram kanalımız