Azərbaycanlı məşhurlardan tibb işçilərinə dəstək - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşhurlardan tibb işçilərinə dəstək - Video

Şou

27 Mart 2020 22:40 1196


Dünyanı ağuşuna alan COVİD -19 virusu ölkəmizdə də yayılıb. Bu virusla mübarizədə ən böyük qəhrəmanlığı isə tibb işçiləri göstərir. Hətta onları gözə görünməz qəhrəman da adlandırırlar.

Yenisabah.az xəbər verir ki, azxeber.com informasiya portalı həkimlərimizə dəstək kampaniyasına başlayıb.

Saytın baş redaktoru Hacıbəy Heydərli deyib ki, kampaniya həkimlərə təşəkkür məqsədi ilə başladılıb: "Bilirsiz ki, bu günlərdə ən böyük yük tibb işçilərinin üzərinə düşür. Onlar gecə-gündüz demədən çalışırlar. Biz də istədik ki, azxeber.com olaraq bu işdə onlara stimul verək, təşəkkürümüzü bildirik. Saytımızın şou müxbiri Nazim Qasımzadə və montajçı Nazim Şərbətovun dəstəyi ilə sosial çarx çəkdik”. pizza hut

Videoda məşhurlarımız xalqı evdə qalmağa və tibb işçilərinə dəstəyə çağırıblar. 

Əməkdar artist Fərqanə Qasımova, müğənni Xatun Əliyeva, Ayan Babakişiyeva, Zamiq Əliyev, Mina Hüseyn, aparıcı İsa Şükürov, produser Tarix Əliyev, aktisa Pərvin Abıyeva və məşqçi Kamil Zeynallı bu layihədə yer alıb.  

Sözügedən videoçarxı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!