Azərbaycanlı məşhurlardan Ukraynaya dəstək:   “Müharibə olmasın!“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşhurlardan Ukraynaya dəstək: “Müharibə olmasın!“

Şou

25 Fevral 2022 14:35 677


Azərbaycanlı məşhurlar sosial şəbəkə hesablarında Ukraynaya dəstək paylaşımları ediblər.

Yenisabah.az xəbər verir ki, müğənni Səidə Sultan yazıb:

“Azərbaycan türklərinin ürəyi sizinlədir. Allah yardımçınız olsun”. Dördpendirli pizza

Aparıcı Lalə Azərtaş da Ukraynaya dəstək verib:

“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Müharibəyə "yox" deyirik. Gözümün önündə tarix canlanır, bizim yaxın tarix və Şanlı Qələbə. Haqlı olan qalibdir. Yetər ki, xalq və rəhbər bir olsun”.

Müğənni Zamiq Hüseynov:

“Bir can itkisi belə olmasın. Müharibə olmasın! Atalar, analar, uşaqlar ölməsin. Allahım, sən özün kömək ol”.

Qazi Kamil Musəvi:

“Qarşıma çıxan bütün profillərə baxıram hamı Ukrayna bayrağını qoyaraq edə biləcək dəstəyi nümayiş etdirir. Rusiya özünü məcburən müttəfiq kimi soxuşdura bilər, amma xalqım kiminlə müttəfiq olacağını yaxşı bilir.B ilir ki, tarix boyu bizə təhlükə yaradan rus bundan sonra təhlükəsizliyimizi təmin edə bilməz! Səninləyik, Ukrayna”. 

Reper Ramil Nabran:

“Böyüklərin iddiaları, uşaqların gözyaşları... Təəssüf”.

Xalq artisti Tünzalə Ağayeva:

"Müharibəyə yox, işğala yox, insan ölümünə yox deyirik! Qarabağ uğrunda gedən müharibədə bizə dəstəyinizi unutmuruq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!