Azərbaycanlı məşhurların kredit borcları: 2000-70.000 manat   - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşhurların kredit borcları: 2000-70.000 manat - Video

Şou

15 Fevral 2022 14:14 1068


Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

Yenisabah.az BAKU.WS-yə istinadla xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2 mindən 70 min manata qədər kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb. pizza mizza

Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.

Gəmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!