Azərbaycanlı model “buster doza”ya qarşı çıxdı – “Adamı dolamısınız?!”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı model “buster doza”ya qarşı çıxdı – “Adamı dolamısınız?!”

Şou

04 Noyabr 2021 11:55 1655


Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da olmaqla, bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) vurulması təklif olunub.

Yenisabah.az xəbər verir ki, "Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova sosial şəbəkə hesabında bu xəbəri paylaşaraq 3-cü dozanın vurulmasına qarşı çıxıb.

Model peyvənd olunmayacağını bildirib: Sezar pizza

“Adamı dolamısınız?! Nə vaxt restoranlar gecə 12 rejimindən nə vaxt çıxar, klublar açılar, onda vurduraram. Camaat 10 ildə bir dəfə peyvənd vurdurur, siz hər mövsüm”.

Qeyd edək ki, “buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyir. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!