“10-cu sinifdə oxuyanda maşınım var idi. Sürücülük vəsiqəm olmadığından onu idarə edə bilmirdim. İlk avtomobilim isə “Zaporojets ZAZ” olub. Ümumən 48 maşınım olub”.
Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bunu “Həmin Zaur” proqramında qonaq olan müğənni Rəvan Qarayev edib.
İfaçı indiyədək 48 avtomobilə sahib olduğunu deməklə verilişdə iştirak edən hər kəsi təəccübləndirib. Pepperoni pizza
Qeyd edək ki, Rəvan Qarayev lüks və bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlardandır. Ötən il özünə qara rəngli "Maybach" markalı maşın alan müğənni bu günə qədər avtomobilləri ilə 2 dəfə ağır qəza keçirib.
Telegram kanalımız