Azərbaycanda bu gün bir ilk yaşanıb.
Yenisabah.az xəbər verir ki, ABŞ-ın Nyu York ştatındakı məşhur “Times Square” meydanı tanınmış produser və müğənni Murad Arifin fotosunu reklam çarxında işıqlandırıb.
Mediamark agentliyinin təşəbbüsü ilə dünya xalqlarının ulduzlarını işıqlandırmağa start verilib. Məqsəd isə digital mediada dünya sənətçilərini kəşf edib dünyaya tanıtmaqdır. Müxtəlif xalqların sənətçilərinin seçildiyi platformada Azərbaycandan Murad Arif seçilib. Sezar pizza
Xatırladaq ki, Times Square meydanında rus, ərəb, türk ulduzlarının da rəqəmsal musiqi platformaları reklam olunub.
Son illər ölkəmizdə digital platformalara maraq artdığı üçün ölkəmizdəki sənətçilər də kifayət qədər aktivlik göstərir.
Qeyd edək ki, Murad Arif ABş-da start verilən sözügdən layihə çərçivəsində platformaya adı düşən ilk azərbaycanlı sənətçidir.
Telegram kanalımız