Azərbaycanlı mütəxəssislər 2 dəfə Ermənistana səfər ediblər - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı mütəxəssislər 2 dəfə Ermənistana səfər ediblər - Paşinyan

Dünya

13 Avqust 2026 12:44 53


Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər, o cümlədən elektrik enerjisinin ixracı və idxalı xətti sahəsində də.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

O, Azərbaycan mütəxəssislərin Ermənistana 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında səfərlərinin baş tutduğunu qeyd edib. Sezar pizza

Elektrik ötürücü xətlər, dəmir yolu, boru kəmərləri və s. ilə bağlı müzakirələr edilib.

"Biz əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır", - Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də AzTV-yə müsahibəsində bildirib ki, azərbaycanlı energetika mütəxəssisləri Ermənistan ərazisində təhlil aparıblar və elektrik dirəklərinin məhz harada quraşdırılmalı olduğu yerlər müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!