YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azərbaycanlı qadın türkiyəli ərini necə aldatdı? -  Şok video

Azərbaycanlı qadın türkiyəli ərini necə aldatdı? - Şok video

Şou

24 Noyabr 2022 16:30 2233


Türkiyənin Aydın şəhərindən olan bir şəxs azərbaycanlı həyat yoldaşını tapmaq üçün ölkəmizə üz tutub.

Yenisabah.az xəbər verir ki, Yusuf Çelik Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” proqramında iştirakçı olub.

O, arvadı Zülfiyyə Ömərovanın 3 aydır Bakıya gəldiyini və ondan xəbər ala bilmədiyini deyib:

“Sosial şəbəkədə tanış olmuşduq, o, Antalyada, mən işə Kuşadasında qalırdım. Zülfiyyəni dəvət etdim, gəldi, tanış olduq. Gül kimi evimiz var idi.

Günlərin bir günü gördüm ki, Zülfiyyə Bakıda işlərinin oğluduğunu dedi və getdi, sonra mənə mesaj yazdı ki, çatmışam, əlvida. O mesajla məni yerlə bir etdi. Məndən başmaq almağımı istəmişdi, cəmi bir gün evdə onu geyindi. Onun başmağını öpdüm...

Eşqim, nəfəsim, ömrüm, dünyam, sənə yaxın olmaq üçün Bakıdayam, lütfən, məni eşit, səni sevirəm”.

Yusuf Çelik bundan əvvəl də bir dəfə evli olduğunu bildirib:

“Bundan əvvəl də evli olmuşam. Həmin xanım mənə 2 övlad bəxş edib, 28 il birgə yaşamışıq, amma Zülfiyyə ilə yaşadığım 1 günü o 28 ilə dəyişmərəm... Mənim nəvəm olub, hələ gedib nəvəmi görə bilməmişəm, amma Bakıya eşqimin ardınca gəlmişəm. İnamadığım heç bir yola çıxmaram”.

Verilişdə ekspert qismində iştirak edən jurnalist Əli Vəliyev həmin şəxsi tənqid atəşinə tutub. Onun bu hərəkətlərinin milli mentalitetə uyğun olmadığını bildirib.

“Səni Axtarıram”ın aparıcısı Xoşqədəm Hidayətqızı isə iradalarla razılaşmayıb, o, ekspertləri qonağın sevgisinə hörmətlə yanaşmağa səsləyib.

Həmin görüntüləri təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!