Azərbaycanlı reperə 4 il həbs cəzası verildi -  Video
15 Apr 2021 16:12
411

Azərbaycanlı reperə 4 il həbs cəzası verildi - Video

Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə E. Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan və 3 il sürücülük hüququndan məhrum edilib. (APA)

Qeyd edək ki, E. Quliyev ötən il Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar. 

 

 

Azərbaycanlı reperə 4 il həbs cəzası verildi -  Video
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər