Paşinyan və rəqiblərinin reytinqi   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan və rəqiblərinin reytinqi AÇIQLANDI

Siyasət

22 May 2026 22:17 182


Son sosioloji sorğunun nəticələri göstərir ki, Ermənistanda siyasi qüvvələrə qarşı etimadsızlıq səviyyəsi yüksək olaraq qalır.

"Yeni Sabah" Modern.az-a istinadla xəbər verir ki, MPG/Gallup International Association tərəfindən təqdim olunan sorğu nəticələrinə əsasən, respondentlərin 8,6%-i “hansı partiyaya etimad edirsiniz” sualına cavab vermək istəməyib, daha 3,4%-i isə cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 28,9%-i “Vətəndaş Müqaviləsi” partiyasına (lider Nikol Paşinyan), 14,9%-i “Güclü Ermənistan”a (lider Samvel Karapetyan), 12,1%-i “Ermənistan” blokuna (lider Robert Köçəryan), 8,7%-i “Çiçəklənən Ermənistan” Partiyasına (lider Qaqik Tsarukyan), 5,8%-i isə “Birlik Qanadları” partiyasına (lider Arman Tatoyan) səs verməyə hazır olduqlarını bildiriblər. Dördpendirli pizza

Sorğuda iştirak edənlərin 59,3%-i bildirib ki, əgər seçkilər gələn bazar günü keçirilsəydi, onlar mütləq səsvermədə iştirak edərdilər. Aprel ayında bu göstərici 51,9% təşkil edirdi.

Respondentlərin 14%-i seçkilərdə “daha çox ehtimalla iştirak edəcəyini”, 11,4%-i “daha çox ehtimalla iştirak etməyəcəyini”, 8,3%-i isə “qəti şəkildə iştirak etməyəcəyini” qeyd edib.

Sorğuda iştirak edənlərin 28,1%-i hesab edir ki, parlament seçkiləri tam ədalətli keçiriləcək, 23,4%-i isə seçkilərin “daha çox ehtimalla ədalətli” olacağını düşünür. Respondentlərin 19,1%-i seçkilərin “daha çox saxtalaşdırmalarla”, 17%-i isə “tam şəkildə saxtalaşdırmalarla” keçiriləcəyini bildirib.

Respondentlərin 12,3%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

Əgər parlament seçkiləri ədalətsiz keçirilsə, sorğuda iştirak edənlərin 40,5%-i küçə mübarizəsinə qəti şəkildə qoşulmağa hazır olduqlarını bildirib. 10,8% respondent “daha çox ehtimalla qoşulacağını”, 8,2% “daha çox ehtimalla qoşulmayacağını”, 34,7% isə “qəti şəkildə qoşulmayacağını” qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!