Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanlı siyasətçinin hədiyyəsi Ankara bələdiyyə başqanına təqdim olundu  - Fotolar
16 Avq 2021 17:51
766

Azərbaycanlı siyasətçinin hədiyyəsi Ankara bələdiyyə başqanına təqdim olundu - Fotolar

Ankarada Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin özəl hədiyyəsi - öndərimiz Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu və cümhuriyyətimizin qurulduğu 1918-ci ilə ithafən 1918 ədəd nəşr olunan "Əsrimizin Siyavuşu" kitabı Böyükşəhər Bələdiyyə Başqanı Mansur Yavaşa təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Gülşən Hacıyeva bildirib.

"Bələdiyyə Başqanımız üçün 1823 rəqəmini (Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin yarandığı illərin birləşməsi) seçmişdik.

Mansur Yavaş gerçək siyasətçi, xalq adamı olduğunu bir daha nümayiş etdirdi. Başqanla səmimi söhbətimiz oldu, Kıbrıs səfərindən, AY Partiyanın yaxın aylarda həyata keçirməyi planlaşdırdığı layihələrdən danışdıq, onun fikirlərini aldıq. Mansur Yavaş Başqan Anar Əsədliyə salamlarını çatdırdı, onunla davamlı təmasda olduğunu, Türk Dünyası ilə bağlı məsələlərdə fikir mübadiləsi apardığını söylədi.

Mansur Başqana hədiyyəni təqdim edərkən, gördük ki, o da bizim üçün hədiyyə hazırlatdırıb.

Bu görüş üçün Mansur Yavaş və Gürkan Kalkan, Ramazan Kabasakal başqanlarımıza bir daha təşəkkür edirik..." - deyə Gülşən Hacıyeva əlavə edib. 

Azərbaycanlı siyasətçinin hədiyyəsi Ankara bələdiyyə başqanına təqdim olundu  - Fotolar
Azərbaycanlı siyasətçinin hədiyyəsi Ankara bələdiyyə başqanına təqdim olundu  - Fotolar
Azərbaycanlı siyasətçinin hədiyyəsi Ankara bələdiyyə başqanına təqdim olundu  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər