Azərbaycanlı və erməni gənclər arasında dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı və erməni gənclər arasında dava düşdü

Hadisə

01 Oktyabr 2021 15:57 1357


Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.

Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə "Karabakh Is Azerbaijan!" şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.

Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam ediblər. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakı şəxslər onları ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!