Azərbaycanlılar maşın alanda ən çox buna diqqət yetirirmiş... – Gözlənilməz məqam

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar maşın alanda ən çox buna diqqət yetirirmiş... – Gözlənilməz məqam

Avto

07 Sentyabr 2026 15:03 203


Azərbaycanda avtomobil seçimi ilə bağlı statistika sürücülərin daha çox hansı markalara üstünlük verdiyini ortaya qoyub. Siyahıda “Mercedes-Benz” və “Hyundai” kimi markaların ön sıralarda yer alması diqqət çəkib.

Bəs bu seçimlərin arxasında hansı amillər dayanır? Azərbaycanlılar avtomobil alarkən daha çox prestijə, komforta, yoxsa qənaətcilliyə üstünlük verirlər? Xüsusilə “Mercedes-Benz” kimi markaların siyahıda ön sıralarda olması yeni avtomobillərə olan tələbatı göstərirmi?

Tanınmış nəqliyyat eksperti Raqif Raufoğlu “Yeni Sabah”a açıqlamasında bildirib ki, sözügedən statistika yeni alınan avtomobillərin deyil, ölkədə ümumilikdə mövcud olan nəqliyyat vasitələrinin sayına əsaslanır.Ekspertin sözlərinə görə, xüsusilə “Mercedes-Benz” markasının yüksək göstəricisi illər ərzində əsasən Almaniyadan gətirilən işlənmiş avtomobillərin hesabına formalaşıb. Son 2-3 ildə isə bu tendensiyada dəyişiklik müşahidə olunur və Azərbaycan avtomobil bazarında Çin, Yaponiya və Koreya istehsalı avtomobillərin payı artır. Marqarita pizza

Raqif Raufoğlu qeyd edib ki, bu gün avtomobil alarkən istehlakçıların əsas diqqət yetirdiyi məqam qiymətdir. Bununla yanaşı, hibrid avtomobillərə maraq da son illərdə əhəmiyyətli dərəcədə artıb.

Ekspertin fikrincə, “Hyundai”, “Toyota” və “Kia” kimi markaların müəyyən qədər geniş yayılmasının əsas səbəblərindən biri onların qiymət baxımından daha əlçatan olmasıdır. “Mercedes-Benz” və “BMW” isə daha yüksək sinif avtomobillər olduğundan onların statistikadakı yüksək payını yalnız yeni avtomobil satışları ilə əlaqələndirmək düzgün deyil.

O bildirib ki, mövcud avtomobil parkında xüsusilə “Mercedes-Benz” və “BMW” markalarının 10, 15, hətta 20 ildən artıq yaşı olan modelləri kifayət qədər çoxdur. Bununla yanaşı, son illərdə yeni avtomobillərin, xüsusilə hibrid və daha münasib qiymətli modellərin bazara daxil olması avtomobil parkının tədricən yenilənməsinə imkan yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!