Ukraynanın Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi PUA hücumuna məruz qalıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb.
Bu gün səhər saatlarında hücuma məruz qalan "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" quru yük gəmisidir. pizza sifarişi
Gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.
Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.
Hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.
Telegram kanalımız