“Azərbaycanlıların Qarabağa qayıdışı asanlaşıb” – Erməni QHT rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlıların Qarabağa qayıdışı asanlaşıb” – Erməni QHT rəhbəri

Rəsmi

25 İyun 2021 13:57 1716


“Ermənistan hakimiyyəti azərbaycanlıların Qarabağa qayıtmasını asanlaşdırır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin sədri Tevan Poqosyan jurnalistlərlə görüşündə bildirib.

QHT rəhbərinin sözlərinə görə, Ağdam rayonundakı minalı ərazilərin xəritələri Azərbaycan tərəfinə verilib. "Bundan əvvəl, Qarabağ erməniləri heç olmasa ən azı 8 ay ərzində azərbaycanlılarla qonşuluqda yaşamaq məcburiyyətində qalmayacaqlarına sevinirdilər".

Tevan Poqosyanın fikrincə, Ermənistanın beynəlxalq tərəfdaşlarının rəsmi İrəvanın bu güzəştindən sonra qalan xəritələrin də Bakıya verilməsini tələb edərək, Ermənistan tərəfinə daha çox təzyiq göstərəcək. Çünki İrəvanın bölgədəki beynəlxalq tərəfdaşlarının öz geosiyasi və maliyyə maraqları var.

QHT rəhbəri, Ermənistan hakimiyyətinin əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar etdiyinə və hətta Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun mina xəritələri müqabilində əsirlərin azad edilməsi təklifini qəbul etməkdən imtina etdiyinə də diqqət çəkib. “Rəsmi İrəvanın bu cür davranışı yalnız çaşqınlığa səbəb olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!