“Azərbaycan regionda üstünlüyü bərqərar etmək istəyir”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Ter-Abrahamyan deyib.
“Azərbaycanlılar siyasi təfəkkürlüdürlər, onlar müharibədə qalib gəliblər və hazırda siyasi kapitalları ilə regionda dominant dövlət olmaq istəyirlər. Azərbaycan Ermənistanı mümkün qədər sıxışdırmalıdır ki, sağalmaq şansımız olmasın. O cümlədən bizi hərbi potensialdan məhrum edilərək nəzarət altına almaq istəyirlər. Mən bunu daha geniş kontekstə varmadan deyirəm. Bu zaman iqtisadi amil ikinci yerdədir. Əliyev açıq şəkildə deyir ki, Ermənistana hərbi potensialını bərpa etmək şansı verməyəcək”, - deyə Ter-Abramyan vurğulayıb.
Telegram kanalımız