“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir

Rəqəmsal

23 Fevral 2026 19:10 1290


Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC böhran vəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təmin edilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin növbəti mərhələsinə start verib. Layihə çərçivəsində milli səviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığının artırılması əsas prioritetlər kimi müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, növbəti mərhələnin icrası ilə bağlı “Azercell”in təşəbbüsü əsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom” MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüş zamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsi üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib və tərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQ layihəsi ölkədə regional resursların idarə edilməsi prosesinin formalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran və fövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təmin edən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpa tədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıq səviyyəsini artırır. pizza mizza

BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlar arasında operativ informasiya mübadiləsini və resursların effektiv bölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunun dayanıqlılığını gücləndirir.

Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurla tamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qrupları formalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib və rabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!