Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirildi

Sosial

19 Aprel 2025 10:01 254


12-13 aprel tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə qızlardan ibarət milli olimpiada komandasına seçmə imtahanı baş tutub.

Yenisabah.az xəbər verir ki, ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verildi. Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və bacarıqlarını sınamaq fürsəti əldə etdilər. İki gün davam edən seçim mərhələsi zamanı iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş etdirdilər.

Seçmə imtahanının nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri müəyyən edilib. Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla Hacızadə daxil olublar. Qızlar ölkəmizi 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək EGOI 2025-də təmsil edəcəklər.  pizza hut

Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyilə xüsusi hazırlıq dərslərinə qatılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!