Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

Rəqəmsal

19 Dekabr 2025 16:53 1121


Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Dekabrın 20-də baş tutacaq oyunlarda sağlamlıq imkanları məhdud 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia daxil olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda yarışacaq.

Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi inklüziv cəmiyyətin inkişafına töhfə vermək, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını təşviq etməkdir. Toyuqlu pizza

Qeyd edək ki, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının əsas tərəfdaşlarından biridir. Şirkətin davamlı dəstəyi nəticəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının genişlənməsi üçün münbit şərait yaratmaqla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji rifahının yüksəlməsinə, motivasiyalarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına müsbət təsir göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!