GTA 6 oyununda bu dəfə qeyri-adi bir yazı gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, oyundakı avtomobil yuma məntəqəsinin reklam lövhəsində türk hamamı mədəniyyətinə işarə edən ifadə yer alıb.
Noyabrın 19-da oyun həvəskarlarının ixtiyarına verilən GTA 6-nın müxtəlif detalları araşdırılmağa başlanıb. Oyundan yayılan görüntülərdən birində avtomobil yuma məntəqəsinə aid reklam lövhəsində “Turkish Car Bath” (Türk avtomobil hamamı) yazısı görünür. İnternet mağaza
Lövhədə “Come in for intimate Turkish car bath” ( Türksayağı avtomobil yumaq üçün içəri keçin) ifadəsi yer alıb. Reklam yazısının türk hamamı ənənəsinə yumorla işarə etdiyi bildirilir. Bu detal oyunun maraqlı və qeyri-adi məqamlarından biri kimi müzakirə olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız