Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib - FOTO

Rəqəmsal

19 Mart 2026 23:11 1678


Novruz və Ramazan bayramları ərəfəsində Azercell əməkdaşlarının təşəbbüsü ilə ənənəvi xeyriyyə yarmarkası təşkil olunub. 

"Yeni Sabah" xəbər verir ki, iki gün davam edən yarmarka çərçivəsində əməkdaşların hazırladıqları əl işləri — bəzək əşyaları, rəsm əsərləri, toxunma oyuncaqlar, eləcə də ev şəraitində hazırlanmış şirniyyatlar xeyriyyə məqsədilə satışa çıxarılıb.

Yarmarkadan əldə olunan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan 200-dək aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. pizza sifarişi

Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” mütəmadi olaraq xeyriyyə təşəbbüsləri həyata keçirməklə gücləndirilməsinə töhfə verir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!