Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azercell“ məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verdi
10 İyn 2021 13:54
890

“Azercell“ məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verdi

Azərbaycan Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsini elan edir.

Yenisabah.az xəbər verir ki, 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

Müsabiqə haqqında əlavə məlumat üçüni [email protected]  elektron ünvanına müraciət edə bilərsiniz.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər