Mobil operator avtomobil sahibləri üçün nəzərdə tutulmuş “SMSRadar” xidmətində “Premium” abunəliyi istifadəyə verib. Yeni abunəlik sürücülərə avtomobillə bağlı daha detallı məlumatlara vahid platforma üzərindən sürətli və rahat çıxış imkanı yaradır.
"Yeni Sabah" xəbər verir ki, “SMSRadar Premium” çərçivəsində istifadəçilər avtomobilin qeydiyyat və sığorta məlumatlarını izləyə, cərimələrə və sürücülük vəsiqəsi ilə bağlı mövcud məhdudiyyətlərə nəzarət edə bilirlər.
Bununla yanaşı, xidmət çərçivəsində pulsuz sınaq imtahanlarına və “Sual-Cavab” bölməsinə giriş də təmin olunur. Toyuqlu pizza
Xidmətə qoşulmaq üçün abunəçilər “P” yazıb 5666 qısa nömrəsinə göndərə bilərlər. Premium abunəliyin aylıq xidmət haqqı 1 AZN təşkil edir. “SMSRadar” tətbiqi “Google Play Store” və “Apple App Store” mağazalarında əlçatandır.
Telegram kanalımız