Kosmik Agentlik (“Azərkosmos”) 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə 17,4 milyon ABŞ dolları həcmində telekommunikasiya xidməti satıb.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin analoji dövründəki 11,6 milyon dollar göstərici ilə müqayisədə qurumun ixrac gəlirləri 5,8 milyon dollar və ya yarıbayarı artıb. Hesabat dövründə dünyanın 36 ölkəsindən 95-ə yaxın şirkətlə tərəfdaşlıq edən agentliyin ən böyük alıcıları sırasında Birləşmiş Krallıq (2,8 milyon dollar) və Lüksemburq (2,1 milyon dollar) qərarlaşıb. Ötən illə müqayisədə Avropa istiqamətində cüzi azalma müşahid olunsa da, Türkiyəyə edilən xidmət ixracı 62,6 faiz sıçrayışla 874,7 min dollara yüksəlib.
Bununla yanaşı, qurumun ümumi gəlirlərində ixracın xüsusi çəkisi 66 faizdən 61 faizə geriləyib. Sezar pizza
Telegram kanalımız