“Azərpoçt“ adından saxta mesajlar göndərilir - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Azərpoçt“ adından saxta mesajlar göndərilir - Xəbərdarlıq

Sosial

12 İyun 2023 18:00 501


Kiberdələduzlar vətəndaşlara “Azərpoçt” MMC-nin adından saxta mesajlar göndərir.

Yenisabah.az xəbər verir ki, mesajlarda bağlamanın qəbul edilməsi üçün ünvan qeyd etmədikləri qeyd olunur. Vətəndaşdan mesajdakı saxta keçid vasitəsilə ünvanı yeniləmələri və bağlamanın düzgün ünvana çatdırılması üçün ödəniş etmələri tələb olunur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb: pizza hut

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Nəzərinizə çatdırırıq ki, “Azərpoçt” MMC-nin rəsmi internet informasiya ehtiyatı www.azerpost.az saytıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!