“Azərsu”: “Bakıda yağan yağıntıya hazır idik”

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu”: “Bakıda yağan yağıntıya hazır idik”

Sosial

10 Dekabr 2022 16:18 790


“Azərsu” ASC bu gün gecə və səhər saatlarında Bakıda yağan yağıntıya hazır olduğunu bəyan edir.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yağınıtı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti xəbərdarlıq etmişdi: "Yağıntının olacağını gözləyirdik və ona hazır idik".

Onun sözlərinə görə, yağıntı əsasən şəhərin qərb hissəsində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisinə düşüb: "Bu isə, bəzi küçələrdə suların yığılmasına səbəb olub. Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz, həm kanalizasiya xətlərimiz, kollektorlarımız, şəbəkələrimiz tam işlək, pik vəziyyətdə idi, infrastruktur həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib. Nəticədə bəzi küçələrdə su yığılmalar yaranıb. Ancaq, yağış dayanandan qısa müddətdən sonra suların hamısı çəkilib”. Marqarita pizza

A.Cəbrayıllı qeyd edib ki, həm rayon sukanal idarələri, həm də Bakı Sukanal İdarəsinin qəza briqadaları artıq gecə saatlarından iş başında idi və hazırda sular çəkilib və heç bir fəsad yoxdur./Reprot


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!