“Azərsu”dan maşının xəndəyə düşməyi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu”dan maşının xəndəyə düşməyi ilə bağlı açıqlama

Sosial

01 Fevral 2019 15:39 896


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb. 

"Yeni Sabah" xəbər verir ki, məlumata əsasən, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb.

Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.  Dördpendirli pizza

Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. 

Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!