Oktyabrın 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, 1998-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. “ASELSAN-Bakı”nın əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazları və s. radioelektronika sistemlərinin satışı, təmiri, onlara texniki dəstəyi əhatə edir.
Görüşdə “ASELSAN-Bakı”nın AzTU ilə əməkdaşlıq imkanları və maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək bu sahədə Texniki Universitetin geniş potensialı olduğunu bildirib. Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu və bu istiqamət üzrə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını vurğulayıb. Toyuqlu pizza
Görüşdə əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində “ASELSAN-Bakı” şirkətində staj keçəcəklər. “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və şirkətin stajoru olacaq tələbələr müəyyən imkanlar əldə edəcəklər.
Telegram kanalımız