AzTV-nin yeni sədri tarixi ilkə imza atdı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin yeni sədri tarixi ilkə imza atdı

Sosial

04 Fevral 2019 02:45 1360


Yanvarın 15-dən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin vəzifələrini icra edən Rövşən Məmmədov dövlət kanalında həftəlik analitik proqram aparmaqda davam edir. 

Yaxın tarixdə, xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət kanalına rəhbərlik edən şəxsin efirdə apardığı verilişlərinə davam etməsi ənənəsi yoxdur.

Ümumiyyətlə, Azərbaycanda özəl televiziya kanalları içərisində də Real TV rəhbəri Mir Şahin Ağayev istisna olmaqla, kanal rəhbərləri efirdə analitik proqram və ya veriliş aparmırlar. Xüsusilə dövlət kanallarında sovet dövründə belə bu ənənə geniş yayılmayıb. Marqarita pizza

Qeyd edək ki, R.Məmmədov (Raqifoğlu) sədr əvəzi təyin olunduqdan sonra cəmiyyətdə rəğbətlə qarşılanan bir neçə kadr islahatı həyata keçirib. Efirə çıxmağa və analitik proqram aparmağa davam etməsi, peşəkar jurnalist fəaliyyətini dayandırmaması da təqdir edilir.

Kult.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!