“Babək prospektində yol çökməyib“ - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Babək prospektində yol çökməyib“ - Rəsmi açıqlama

Sosial

01 Fevral 2019 14:54 942


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Babək” prospektindəki hadisə ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Yeni Sabah"a bildirib ki, bu, yol çökməsi deyil, qazıntıdır:

"Xahiş edirəm insanlar arasında çaşqınlıq yaratmayın. Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün həmin hissədə “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılır. Hər şeyə də çökmə demək məcburiyyətindəyik?". Marqarita pizza

Qeyd edək ki, hadisə prospektin “Yeni Günəşli” qəsəbəsindən üzü “Xalqlar Dostluğu” metrostansiyasına gedən hissəsində baş verib. Axşam saatlarında qazılmış hissəyə minik avtomobili düşüb. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!