Bağça ödənişləri ilə bağlı yeni qayda təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Bağça ödənişləri ilə bağlı yeni qayda təsdiqləndi

Sosial

17 İyul 2026 17:52 47


Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. pizza

Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

Qərarla müsabiqənin keçirilməsi üçün nazirlik tərəfindən tərkibi öz əməkdaşlarından ibarət olmaqla ən azı 5 nəfərdən ibarət İşçi qrup yaradılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!