Əməkdar artist Bəhram Bağırzadə elm və təhsil nazirinə müraciət ünvanlayıb.
Yenisabah.az xəbər verir ki, tanınmış aktyor nazirdən şahmatın məktəb proqramına fənn kimi daxil edilməsini istəyib:
“Hörmətli elm və təhsil naziri! Uzun illərdir Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram. Böyük şahmatçılarımız olub, var və olacaq. Amma irəli getmək istəyiriksə, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, şahmat kimi bir fənn lazımdır! Təəssüf ki, bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb... Toyuqlu pizza
“Qonşularımız” isə çoxdan şahmatı məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər. Bunu etməsək də, hər şeyə baxmayaraq, hər il yeni, istedadlı şahmatçılarımız gəlir. Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!? İlk addımı - E2-E4 etdim. Necə deyərlər, ağlar başlayır və qalib gəlir!”
Sosial şəbəkə hesabında yeniyetmələrin qarajın üstünə çıxaraq orada şahmat oynamasını çəkib paylaşan sənətçi yazıb:
“Şəkil Bakı şəhərinin həyətlərindən birində çəkilib, burada bir müddət əvvəl şahmat məktəbi yerləşirdi və indi ətriyyat mağazasına çevrilib. Ona görə də gözəl bakılı uşaqlarımız metal qarajların damında şahmat oynamalı olurlar...”
Telegram kanalımız