Ailə Konsepsiyası hazırlanıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, artıq sənəd hazırlanıb və aidiyyəti dövlət orqanlarına göndərilib: Sezar pizza
“Onlar da öz təkliflərini təqdim edirlər. Bu sənəd müasir dövrdə Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələri müəyyən edən siyasi çərçivə sənədi olmalıdır. Daha sonra sənədin icrası ilə bağlı fəaliyyət planları da qəbul ediləcək və həyata keçiriləcək. İkinci sənəd isə Uşaq Strategiyası üzrə 2026–2030-cu illəri əhatə edən ikinci fəaliyyət planıdır. Hazırda həmin sənədin də yekunlaşdırılması istiqamətində iş aparılır. Onun icrası da bu məsələlərə ciddi təsir göstərəcək”.
Telegram kanalımız