Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu

Rəqəmsal

08 Dekabr 2023 12:55 6044


Ölkənin ən sürətlisi Bakcell Bakının ilk dəfə ev sahibliyi etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) Prize-Giving ceremony - Mükafatlandırma mərasiminin sürət tərəfdaşı oldu.

FIA Mükafatlandırma mərasimi bir çox sürət yarışlarında qalib olan pilotların, avtomobil idmanı cəmiyyəti və azarkeşlərinin ən çox gözlədiyi tədbirlərdən biridir.

Hər il fərqli ölkələrdə keçirilən tədbir bu il 5-8 dekabr tarixlərində paytaxt Bakıda baş tutur. Ənənəvi mərasimdə FIA çempionları ilə yanaşı, həmçinin karyeralarının başlanğıcında olan bacarıqlı yeni nəsil idmançılar və avtomobil idmanında misilsiz rolları olan şəxslər də yad edilir. Toyuqlu pizza

Xatırladaq ki, sürət yarışlarına böyük maraq göstərən Bakcell 2019-cu ildən “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir.

Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!