“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu - Fotolar

İdman

12 İyun 2023 18:33 680


“Bakcell” şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda dünyanın 14 ölkəsindən 100-dən çox idmançı mübarizə aparıb.

Yenisabah.az xəbər verir ki, beş mərhələnin nəticələrinə görə turnirin qalibi italyan velosipedçi Emanuele Ansaloni olub.

Əsl sürət bayramına çevrilmiş bu yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Marqarita pizza

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və 11 iyun tarixində Şuşa şəhərində yekunlaşıb.

Hal-hazırda “Bakcell” şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!